Ukraynanın aerodrom zərbəsi diplomatik böhrana səbəb ola bilər

Rusiyaya qarşı əməliyyata görə Ukraynanın Qərblə münasibətləri korlana bilər.
Ukrayna hesab edir ki, Rusiya hərbi aerodromlarına qarşı əməliyyat müttəfiqləri ilə münasibətlərin pisləşməsinə səbəb ola bilər.
Təhlil.az xəbər verir ki, ukraynalı məmurlardan biri etiraf edib ki, əməliyyat Qərb tərəfdaşlarını Kiyevdən üz döndərmək riski daşıyır.
Baş verənlərin Ukrayna üçün Sinopa çevrilməsi ehtimalı var. Söhbət 1853-cü ildə Rusiya Qara dəniz donanmasının vitse-admiral Pavel Naximovun komandanlığı altında türk eskadrilyasını məğlub etdiyi Sinop döyüşündən gedir.
Rusiyanın bu hərəkəti o dövrdə Britaniya mətbuatında son dərəcə mənfi reaksiya doğurub. Nəhayət, bu, Böyük Britaniya və Fransanın Krım müharibəsinə Osmanlı İmperiyasının tərəfində girməsi üçün bəhanə oldu.
Məlumatlara görə, Ukrayna hücumla bağlı ABŞ prezidenti Donald Trampın administrasiyasını əvvəlcədən xəbərdar etməyib. Trampın keçmiş müşaviri Ukrayna Silahlı Qüvvələrinin son əməliyyatını təhqir adlandırıb.