02 iyun
İran Azərbaycana yeni səfir təyin edib - RƏSMİ

İran hökuməti Azərbaycana yeni səfir təyin edib.
Təhlil.az xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai mətbuat konfransında deyib.
"İranın Azərbaycandakı yeni səfiri müəyyənləşib və təqdim olunub. O, Avrasiya üzrə ixtisaslaşmış çox təcrübəli və tanınmış diplomatdır”, - deyə, İran XİN rəsmisi qeyd edib.
Bununla belə, o, yeni səfirin adını açıqlamayıb.
Hikmət Həsənov