02 iyun
Sülh masasına qayıdış: Ukrayna və Rusiya nümayəndələri İstanbuldadır

Ukrayna nümayəndə heyəti Rusiya tərəfi ilə danışıqların növbəti raundunu keçirmək üçün İstanbula gəlib.
Təhlil.az xəbər verir ki, nümayəndə heyətlərinin görüşü günün ikinci yarısına planlaşdırılıb.
Qeyd edək ki, iyunun 2-də İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri birbaşa danışıqların ikinci raundunu keçirəcək. Görüşün saat 13:00-da (Bakı vaxtı ilə 14:00-da) Çırağan sarayında başlaması gözlənilir.
Məlumat üçün bildirək ki, Türkiyə Xarici İşlər Nazirliyinin və kəşfiyyat xidmətinin rəhbərləri İstanbuldakı Çırağan sarayında Rusiya və Ukrayna arasında keçiriləcək danışıqlarda iştirak edəcəklər.
Hikmət Həsənov