TikTok-da psixoloji dezinformasiya: Məşhur videoların yarısı təhlükəli məsləhətlər verir

“The Guardian”ın araşdırmasına görə, “TikTok”da psixi sağlamlıqla bağlı məsləhətlər verən ən populyar videoların yarısından çoxunda dezinformasiya var.
Təhlil.az xəbər verir ki, insanlar psixi sağlamlıq dəstəyi üçün getdikcə daha çox sosial mediaya müraciət edirlər, lakin araşdırmalar müəyyən edib ki, bir çox nüfuzlu, ciddi izləyici kütləsi olan şəxs terapevtik dildən sui-istifadə, “sürətli” həllər və yalan iddialar da daxil olmaqla dezinformasiya yayırlar. Yardım istəyənlər narahatlığı azaltmaq üçün duş altında portağal yemək kimi mənasız və şübhəli tövsiyyələrlə üzləşirlər.
“The Guardian” “TikTok”da #mentalhealthtips həştəqi ilə yerləşdirilən ən yaxşı 100 videonu seçərək psixoloqlara, psixiatrlara və elmi ekspertlərə təqdim edib.Onlar isə çarxlarda dezinformasiya olub-olmaması ilə bağlı öz rəylərini veriblər. Mütəxəssislər travma, neyrodivergensiya, narahatlıq, depressiya və ağır psixi xəstəliklə mübarizə ilə bağlı məsləhətlər verən 100 videodan 52-nin yanlış məlumatlardan ibarət olduğunu və bir çox çarxın isə qeyri-müəyyən və ya faydasız olduğunu müəyyən ediblər.
Bu səbəbdən də müalicə üçün “TikTok”a yox, həkimə müraciət etmək məsləhət görülür.
Hikmət Həsənov